Ukrayna əcnəbilərin ölkəyə girişi üçün elektron xəbərdarlıq sistemi tətbiq edəcək

Ukrayna əcnəbilərin ölkəyə girişi üçün elektron xəbərdarlıq sistemi tətbiq edəcək Ukrayna vizasız giriş hüququndan istifadə edən əcnəbilər üçün ölkəyə daxil olmaq niyyəti barədə elektron bildiriş sistemini tətbiq etməyi planlaşdırır.
Digər ölkələr
13 Avqust , 2024 20:17
Ukrayna əcnəbilərin ölkəyə girişi üçün elektron xəbərdarlıq sistemi tətbiq edəcək

Ukrayna vizasız giriş hüququndan istifadə edən əcnəbilər üçün ölkəyə daxil olmaq niyyəti barədə elektron bildiriş sistemini tətbiq etməyi planlaşdırır.

“Report” xəbər verir ki, bu barədə Ukrayna KİV-i Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) mətbuat xidmətinə istinadən məlumat yayıb.

“Hərbi vəziyyət dövründə sərhəd və miqrasiya nəzarətinin, eləcə də əks-kəşfiyyat rejiminin gücləndirilməsi məqsədi ilə keçirilən görüşdə Ukrayna ilə vizasız giriş rejimi olan ölkələrin siyahısının müəyyən edilərək təsdiq edilməsi təklif olunub”, - MTMŞ-dən qeyd edilib.

İclasda həmçinin milli təhlükəsizlik baxımından ölkə ərazisində qalması arzuolunmaz əcnəbilərin Ukraynaya girişinin qadağan edilməsi üçün mexanizmin yaradılması məsələləri də müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi