Yuxarı

​Ukrayna DİN: Mariupol şəhərinin atəşə tutulması nəticəsində yaralananların sayı 105 nəfərə çatıb

Onlardan 12-nin vəziyyəti ağırdır

Bakı. 26 yanvar. REPORT.AZ/ Şənbə günü Mariupol şəhərinin atəşə tutulması nəticəsində yaralananların sayı 105 nəfərə çatıb. "Report" xəbər verir ki, bu barədə öz facebook səhifəsində Ukraynanın Daxili işlər naziri Arsen Avakov yazıb. Onun yazdığına görə, xəstəxanaya Mariupol şəhərinin 105 sakini gətirilib, onlardan 12-nin vəziyyəti ağırdır.

Əvvəl xəbər verilirdi ki, Mariupol şəhərinin atəşə tutulması nəticəsində 30 nəfər həlak olub, 90-dan çox insan xəsarət alıb. Rəsmi Kiyev bəyan edib ki, hadisələrə görə məsuliyyət tam olaraq separatçıların üzərinə düşür. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi