Ukrayna COVAX çərçivəsində “Pfizer” vaksininin 1 milyon dozasını alacaq

Ukrayna COVAX çərçivəsində “Pfizer” vaksininin 1 milyon dozasını alacaq Ukrayna koronavirus əleyhinə “Pfizer” vaksininin 1 milyon dozasını tədarük edəcək
Digər ölkələr
31 Mart , 2021 08:51
Ukrayna COVAX çərçivəsində “Pfizer” vaksininin 1 milyon dozasını alacaq

Ukrayna koronavirus əleyhinə “Pfizer” vaksininin 1 milyon dozasını tədarük edəcək.

"Report" xəbər verir ki, bu barədə "Hromadske"yə müsahibəsində Ukraynanın baş sanitar həkimi Viktor Lyaşko bildirib.

Onun sözlərinə görə, rəsmi Kiyev COVAX-dan əlavə olaraq “Pfizer” vaksininin 1 milyon dozasının ayrılması haqqında təsdiqi alıb.

Lyaşko qeyd edib ki, preparat Ukraynaya iyunun sonuna kimi tranşlarla çatdırılmalıdır.

O, həmçinin yaxın vaxtlarda ölkəyə nə qədər COVID-19 vaksinlərinin çatdırılacağını da açıqlayıb. Həkimin sözlərinə görə, Ukrayna tərəfi “Covishield” ("AstraZeneca" şirkətinin Hindistanda istehsal edilmiş koronavirus əleyhinə preparatı-red) vaksininin 500 min dozasını alıb.

"Müqaviləyə görə martın sonuna kimi 1 milyon doza çatdırılmalı idi. Sonra isə 500 min və daha 1 milyon doza. İndi Hindistanda vaksinlərin ixracatına müvəqqəti qadağa var, amma biz təlaşa düşmürük, çünki indi eyni platformadan COVAX mexanizmi çərçivəsində yeni vaksin gətirilir", - Lyaşko bildirib.

Qeyd edək ki, Ukraynada əhalinin “Oxford/AstraZeneca” vaksini ilə koronavirusdan peyvənd olunması fevralın 24-də başlanılıb.

Son xəbərlər

Orphus sistemi