Ukrayna Baş Qərargahı Rusiyanın itkilərinin sayını açıqlayıb

Ukrayna Baş Qərargahı Rusiyanın itkilərinin sayını açıqlayıb Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiyanın 238 400 hərbçisi məhv edilib.
Digər ölkələr
17 İyul , 2023 09:51
Ukrayna Baş Qərargahı Rusiyanın itkilərinin sayını açıqlayıb

Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiyanın 238 400 hərbçisi məhv edilib.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Rusiyanın digər döyüş itkiləri 4115 tank, 8034 zirehli maşın, 3 828 operativ-taktiki PUA, 4 504 artilleriya sistemi, 315 təyyarə, 310 helikopter, 18 ədəd gəmi/kater, 7059 avtomobil texnikası və avtosisternlər, 677 xüsusi texnika ədəd təşkil edib.

Məlumata görə, Rusiya qoşunları hazırda əsas səylərini Kupyanski, Limanski, Baxmutski, Avdeyevski və Maryinski istiqamətlərində cəmləşdirib.

Ukrayna ordusu işğalçıların şəxsi heyətinin cəmləşdiyi ərazilərə 15 zərbə endirib. Xüsusilə, Ukrayna Silahlı Qüvvələri Baxmut və Berdyansk istiqamətlərində irəliləməyə davam edir.

Son xəbərlər

Orphus sistemi