Yuxarı

Ukrayna baş naziri: Qərbin hərbi dəstəyi istənilən səviyyədə deyil

Ukrayna ordusu gücsüz olsa heç bir razılaşma tətbiq olunmayacaq

Bakı. 15 İyun. REPORT.AZ/ Ukraynanın baş naziri Arseniy Yatsenyuk hesab edir ki, ABŞ və digər Qərb dövlətlərinin ölkəsinə verdiyi hərbi dəstək istənilən səviyyədə deyil. Bu barədə "Report" İnterfaksa istinadən xəbər verir.

"Zənnimcə, Qərbdə olan dostlarımız təhlükənin miqyasını anlamırlar. Bəzən də başa düşəndə çox gec olur. Biz ancaq müdafiə təyinatlı silah istəyirik", - deyə Yatsenyuk bildirib.

Rəsmi Kiyevin "Donbas böhranını" diplomatik yollarla həll etməyə hazır olduğunu vurğulayan hökümət başçısı, "Əfsuslar olsun ki, diplomatlar hərbi birləşmələrin qarşısını almaqda acizdir", - deyib.

Onun sözlərinə görə, Ukrayna ordusu zəif olsa heç bir razılaşma tətbiq olunmayacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi