Ukrayna Ali Radasının yeni I vitse-spikeri seçilib

Ukrayna Ali Radasının yeni I vitse-spikeri seçilib Ukraynanın hakim "Xalqın xidmətçisi" partiyasının sədri Oleksandr Kornienko Ali Radanın (parlament) yeni I vitse -spikeri seçilib.
Digər ölkələr
19 Oktyabr , 2021 14:52
Ukrayna Ali Radasının yeni I vitse-spikeri seçilib

Ukraynanın hakim "Xalqın xidmətçisi" Partiyasının sədri Oleksandr Kornienko Ali Radanın (parlament) yeni I vitse-spikeri seçilib.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, təyinat Radanın bu gün plenar iclasda keçirilən səsvermədə baş tutub. Onun namizədliyinin lehinə 256 deputat səs verib.

O.Kornienko çıxışında Radada islahat aparmağın vacibliyini vurğulayıb: "Biz özümüzü islah etməliyik. Qanunların tez bir zamanda qəbul olunmasını təmin etməliyik. İnsanlar bizdən sürətli qərarlar gözləyir".

O bildirib ki, ilk növbədə həm qanun layihələrinin qəbul edilməsi, həm də səsvermənin aparılması qaydalarını və prosedurunu islah etmək lazımdır.

Qeyd edək ki, Ali Radanın əvvəlki I vitse-spikeri Ruslan Stefançuk ötən həftə istefa verən Dmitri Razumkovun yerinə sədr seçilib.

Son xəbərlər

Orphus sistemi