Yuxarı

Ukrayna Ali Radası sabah MDB-dən çıxma məsələsinə baxacaq

Ali Rada deputatları Ukraynanın MDB-dən çıxmasına dair qərar layihəsini hələ noyabrın 27-də hazırlayıblar

Баку. 7 декабря. REPORT.AZ/ Ukrayna Ali Radasıdekabrın 8-də ölkənin Müstəqil Dövlətlər Birliyindən (MDB-dən) çıxması məsələsinimüzakirə edəcək.

Report-un “TASS”-a istinadən verdiyi xəbərə görə, bunu “Pyotr Poroşenko Bloku” fraksiyasının sədr müavini Vitali Kovalçuk bildirib.

Qeyd edək ki, Ali Rada deputatları Ukraynanın MDB-dən çıxmasına dair qərar layihəsini hələ noyabrın 27-də hazırlayıblar.

MDB məsələləri üzrə altkomitənin artıq Ali Radada fəaliyyət göstərməyəcəyi də bildirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi