Bakı. 19 oktyabr. REPORT.AZ/ Ukrayna Ali Radası deputat toxunulmazlığının ləğvi barədə Konstitusiya Məhkəməsinə iki qanun layihəsi göndərib.
"Report" UNİAN-a istinadən xəbər verir ki, söhbət 1 yanvar 2020-ci il tarixindən deputatların toxunulmazlıqlarının ləğv edilməsinə dair prezident sənədindən gedir.
Sessiya zalında qeydiyyatdan keçmiş 362 xalq deputatından 336-sı qərarın lehinə səs verib. Bununla prezidentin təqdim etdiyi qanun layihəsi sessiyanın gündəliyinə daxil edilib.
Qeyd edək ki, hal-hazırda minə yaxın insan Kiyevdə Ali Rada qarşısına toplaşaraq deputat toxunulmazlığının ləğvini, Antikorrupsiya Məhkəməsinin yaradılmasını, eləcə də seçkilər barədə qanuna dəyişikliklər edilməsini tələb edir. Etirazçılar parlamentin onların tələblərini nəzərə almayacağı təqdirdə, çadırları yığışdırmayacaqlarına söz veriblər.