Ukrayna Ali Radasının keçmiş deputatı Moskva vilayətində ölü tapılıb
Digər ölkələr
- 06 dekabr, 2023
- 16:25
Rusiyanın Moskva vilayətində Ukrayna Ali Radasının keçmiş deputatı İlya Kivanın meyiti tapılıb.
“Report” xəbər verir ki, bu barədə “RBK Ukrayna” öz mənbələrinə istinadən məlumat yayıb.
Agentlik bildirir ki, keçmiş deputat Ukrayna xüsusi xidmət orqanları tərəfindən öldürülüb. Mənbələr həmçinin İ.Kivanın odlu silahdan açılan atəş nəticəsində öldürüldüyünü bildirib.
Qeyd edək ki, ötən ilin martında Ukrayna Dövlət İstintaq Bürosu İlya Kivanın milli axtarışa verilməsi üçün lazımi sənədlər paketini toplayıb. Həmçinin bildirilib ki, Lvov məhkəməsi həmin ilin yazında sabiq deputatı qiyabi həbs edib və əmlakı müsadirə olunmaqla onu 14 il müddətinə azadlıqdan məhrum edib.
Keçmiş siyasətçinin axtarışda olduğu müddətdə Rusiyada gizləndiyi bildirilir.
Son xəbərlər
06:37
ABŞ Karib dənizində narkotik ticarətçilərinin gəmisinə zərbə endirib, ölənlər var
Digər ölkələr06:18
ABŞ-nin Florida ştatında təyyarə qəzaya uğrayıb, ölən var
Digər ölkələr05:57
"Arsenal" son altı oyundan cəmi birində qalib gəlib
Futbol05:22
ABŞ-nin İrana qarşı hərbi əməliyyat xərcləri 56 mlrd dolları keçib
Digər ölkələr04:48
Əraqçi: ABŞ Fars körfəzindəki vəziyyətin həllinə ciddi yanaşmır
Region04:31
Almaniyada sığınacaq müraciətləri təxminən dörddə bir dəfə azalıb
Digər ölkələr03:53
KXDR "Xvasonpxo-11ra" taktiki ballistik raketlərini sınaqdan keçirib
Digər ölkələr03:14
ABŞ Ordusu Oman körfəzində İran gəmisinin saxlanılmasının təfərrüatını açıqlayıb
Digər ölkələr02:47
Foto