Yuxarı

Uitni Hyustonun qızı komadan çıxıb

Qızım artıq məni hərəkətlərimi izləyir

Bakı. 20 aprel. REPORT.AZ/ Amerikalı mərhum müğənni Uitni Hyustonun qızı Kristina Braun komadan çıxıb.

"Report"un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Kristinanın atası Bobbi Braun bildirib.

O, qızının tam mənada özünə gəldiyini bildirməsə də, deyib ki, "Qızım artıq məni hərəkətlərimi izləyir".

Qızın digər qohumları məlumatı təsdiqləmir.

Qeyd edək ki, Kristina Braun yanvarın 31-də Atlanta yaxınlığındakı evinin hamamında huşsuz vəziyyətdə tapılmışdı. Onun həyatını xilas etmək məqsədi ilə həkimlər Kristina Braunu süni koma vəziyyətinə salmışdı.

Martın sonunda isə məlum olmuşdu ki, Kristina artıq reabilitasiya mərkəzinə köçürülüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi