“Uinston” qasırğası nəticəsində Ficidə ölənlərin sayın 17 nəfərə çatıb

“Uinston” qasırğası nəticəsində Ficidə ölənlərin sayın 17 nəfərə çatıb Qasırğanın mərkəzi Ficinin ən böyük adası Viti-Levunun şimalından keçib
Digər ölkələr
22 Fevral , 2016 04:32
“Uinston” qasırğası nəticəsində Ficidə ölənlərin sayın 17 nəfərə çatıb

Bakı. 22 fevral. REPORT.AZ/ Fevralın 20-də axşam saatlarında dağıdıcı “Uinston” (Winston) qasırğasının Ficiyə çatması nəticəsində ən azı 17 nəfərin həlak olduğu bildirilir.

Ficidən daxil olan xəbərlərdə qeyd edilir ki, həlak olanların sayı arta bilər. Beynəlxalq Qızıl Xaç Komitəsinin Ficinin paytaxtı Suvada yerləşən filialının nümayəndəsi bildirib ki, dağıntıların əhatə dairəsi çox genişdir. Qasırğa nəticəsində həlak olanların sayı, neçə evin dağılması barədə danışmaq hələ tezdir.

Qasırğanın mərkəzi Ficinin ən böyük adası Viti-Levunun şimalından keçib. Bu adada paytaxt Suva şəhəri, beynəlxalq “Nadi” aeroportu yerləşir. Ən yüksək – beşinci dərəcə gücü verilmiş “Uinston” qasırğasının mərkəzində küləyin sürəti saatda 220 kilometrə, ani şiddəti isə saatda 315 kilometrə çatır.

Ficinin Baş naziri Voreqe Baynimar xalqa müraciətində deyib: “Bir xalq olaraq biz çox ağır sınaq qarşısındayıq. Biz birlikdə olmalı və bir-birimizin qayğısına qalmalıyıq. Ayıq olmağa və çətinliklərə sinə gərməyə hazır olun”. 

Son xəbərlər

Orphus sistemi