Uhanda daha bir xüsusi hospital açıldı

Uhanda daha bir xüsusi hospital açıldı Çinin Uhan şəhərində koronavirusun müalicəsi məqsədi ilə qısa müddətdə inşa edilən ikinci ixtisaslaşdırılmış hospital bu gün istifadəyə verilib.
Digər ölkələr
8 Fevral , 2020 15:56
Uhanda daha bir xüsusi hospital açıldı

Çinin Uhan şəhərində koronavirusun müalicəsi məqsədi ilə qısa müddətdə inşa edilən ikinci ixtisaslaşdırılmış hospital bu gün istifadəyə verilib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.

Tibb işçiləri artıq iş yerinə gəliblər, pasiyentlərin də bu gün oraya köçürüləcəyi gözlənilir. Burada yalnız diaqnozu təsdiqlənən xəstələr yerləşəcək.

Uhan ətrafındakı yoluxucu xəstəliklər hospitalı 79 min kvadratmetr ərazidə inşa edilib, ərazinin böyük hissəsi xəstələr üçün ayrılıb. Ümumilikdə hər birində 6 nəfərin yerləşə biləcəyi 264 otaq hazırlanıb. Otaqların hər birində 3 ikimərtəbəli çarpayı, kondisioner, televizor, digər elektrik cihazları, ayrıca tualet və duş kabinəsi var. 

Son xəbərlər

Orphus sistemi