"Twitter"in işində yenidən problem yaranıb

"Twitter"in işində yenidən problem yaranıb Bir sıra ölkələrdə Twitter sosial şəbəkəsinin işində nasazlıq müşahidə olunur.
Digər ölkələr
30 Noyabr , 2019 07:13
Twitterin işində yenidən problem yaranıb

Bir sıra ölkələrdə "Twitter" sosial şəbəkəsinin işində nasazlıq müşahidə olunur.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə internet resursların işini izləyən məşhur "Downdetector" xidməti məlumat yayıb.

Nasazlıqlardan ən çox ABŞ, Böyük Britaniya, Yaponiya, Almaniya, Fransa və Niderland istifadəçiləri şikayət edirlər. Rusiyada əsasən paytaxt sakinləri nasazlıqdan şikayətləniblər.

Xidmətin məlumatına görə, istifadəçilərin əksəriyyəti saytın (təxminən 48%) işində problemləri hiss edir. İstifadəçilərin təxminən 33%-i "Apple" mobil telefonlarında və mobil proqramlarda sosial şəbəkənin işindən şikayət edirlər. İstifadəçilərin 17% -i Android cihazlarında tətbiqetmə qəzalarının olduğunu bildiriblər.

Son xəbərlər

Orphus sistemi