Bakı. 15 mart. REPORT.AZ/ "Twitter" şirkəti bu gün bir neçə böyük şirkət və təşkilatın hesabına haker hücumu olduğunu təsdiq edib.
Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.
"Twitter"in nümayəndəsinin sözlərinə görə, hakerlər tətbiqə üçüncü tərəfi gətirib və artıq onun girişi ləğv edilib.
Hələlik heç kim kiberhücumlara görə məsuliyyəti üzərinə götürməyib.