Tusk Polşada keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürməyəcək

Digər ölkələr
  • 06 noyabr, 2019
  • 02:03
Tusk Polşada keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürməyəcək

Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk Polşada, 2020-ci ilin yazında keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürməyəcək.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Tuskun özü məlumat verib.

O, prezidentliyə namizədlərin irəli sürülməsi prosesində müxalifətin qarşısını almaq istəmədiyini və qarşıdakı prezident seçkilərində müxalifət nümayəndələrini dəstəkləyəcəyini deyib. 

44 - Tezliklə