Türkmənistan prezidentinin oğlu deputat seçilib

Türkmənistan prezidentinin oğlu deputat seçilib Bakı. 30 mart. REPORT.AZ/ Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun oğlu Sərdar Berdiməhəmmədov ölkə parlamentinə - Məclisə deputat seçilib.
Digər ölkələr
235
30 Mart , 2018 07:49
Türkmənistan prezidentinin oğlu deputat seçilib
Foto: "RİA Novosti"

Bakı. 30 mart. REPORT.AZ/ Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun oğlu Sərdar Berdiməhəmmədov ölkə parlamentinə - Məclisə deputat seçilib.

"Report" "RİA Nnovosti"yə istinadən xəbər verir ki, bu barədə parlamentarilərin siyahısını dərc edən rusdilli "Neytralnıy Turkmenistan" qəzeti məlumat yayıb.

Dövlət başçısının oğlu 25 saylı "Duşak" seçki dairəsindən parlamentə seçilib. Sərdar Berdiməhəmmədov 25700 seçici səsi (91,42 faiz seçici) toplayıb. Seçkilərdə onun rəqibi olmuş məktəb direktoru Kaka Oqulceren isə 2412 seçicinin (8,58 faiz səs) toplaya bilib. 

Seçki məntəqəsində ümumilikdə 30316 seçici qeydiyyatdadır.

Türkmənistan prezidentinin oğlu 1981-ci ildə doğulub. Ölkədə parlament seçkiləri martın 25-də keçirilib.

Son xəbərlər

Orphus sistemi