Yuxarı

Türkiyənin Sur şəhərində üç ay davam edən küçəyə çıxma qadağası qismən ləğv edilib

Sur şəhərində 271 terrorçu məhv edilib, 71 hərbçi və polis əməkdaşı həlak olub

Bakı. 13 mart. REPORT.AZ/ Türkiyənin Diyarbakir vilayətinin Sur şəhərində küçəyə çıxma qadağası qismən ləğv edilib.

"Report"un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Qadağa şəhərin 9 məhəlləsindən 6-da qüvvədən düşüb. Ötən il dekabrın 11-dən tətbiq olunan qadağa təhlükəsizlik qüvvələri ilə terrorçu PKK qruplaşmasının üzvləri arasında baş verən atışmalar səbəbi ilə elan edilmişdi.

Noyabrın 28-də Sur şəhərində başlayan antiterror əməliyyatı nəticəsində 271 terrorçu məhv edilib, 71 hərbçi və polis əməkdaşı həlak olub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi