Ərdoğan qeyd edib ki, Türkiyə milli və beynəlxalq təşkilatlarla təmsil olunduqları hər ölkədə sülhün, dostluğun, qardaşlığın, həmrəyliyin təməllərini qoyub: "Bu sahədə fəaliyyətini təmin etdiyimiz təşkilatın köməyi ilə kimsəsizlərə, yoxsullara, dost və qardaşlarımıza yardım etməyin mübarizəsini aparırıq. Dini və İslamı öz çirkin əməllərinə alət edən terror təşkilatlarının düzgün yolda olduqlarını kim deyə bilər? Başqa ölkələrin maraqları naminə öz vətənlərinə və müsəlmanlara xəyanət edənləri necə könüllü xidmətçi adlandırmaq olar?".
Türkiyə prezidenti əlavə edib ki, İslam dininə insanın öz seçim və iradəsi ilə inanması Allahın bəndəyə bəxş etdiyi ən böyük hədiyyədir: "Əgər onların gözlərini pərdə örtübsə, həmin şəxsləri imana gətirmək mümkün olmayacaq. Belə olduğu təqdirdə əsas vəzifəmiz son nəfəsimizə qədər haqqı izah etmək və insanları düzgün yola dəvət etməkdir. Bu səbəbdən İstanbul insanları haqq yoluna səsləməyə ən münasib şəhərdir".