Türkiyənin Konya şəhərindəki yuyucu vasitələr fabrikində kütləvi zəhərlənmə baş verib

Türkiyənin Konya şəhərindəki yuyucu vasitələr fabrikində kütləvi zəhərlənmə baş verib Zərərçəkənlər xəstəxanaya yerləşdirilib
Digər ölkələr
16 Fevral , 2017 07:47
Türkiyənin Konya şəhərindəki yuyucu vasitələr fabrikində kütləvi zəhərlənmə baş verib

Bakı. 16 fevral. REPORT.AZ/ Türkiyədə kütləvi zəhərlənmə hadisəsi baş verib.

"Report" xəbər verir ki, bu barədə "Habertürk" məlumat yayıb.

Məlumata görə, hadisə Konya şəhərində, Səlcuqlu mahalında qeydə alınıb. Belə ki, yuyucu vasitələr istehsal edən fabrikdə 34 nəfər hələlik müəyyən olunmamış səbəb üzündən zəhərlənib.

Zavodda növbədə çalışan bəzi işçilərdə mədə bulanması və başgicəllənməsi baş verib. Bu səbəbdən də fabrikə təcili yardım çağrılıb. Lakin zəhərlənən işçilərin sayının artması səbəbindən sonradan müəssisəyə çoxlu sayda polis və təcili yardım cəlb edilib.

Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi