Yuxarı
    Bağlamaq

    Türkiyənin keçmiş prezidenti Abdullah Gül yeni partiya yaratması barədə xəbərləri təkzib edib

    Siyasətlə məşğul olsam, Qərbi Avropadan yox, öz xalqımdan dəstək alaram

    Bakı. 3 dekabr. REPORT.AZ/ Türkiyənin keçmiş prezidenti Abdullah Gül yeni partiya yaratması haqda xəbərləri təkzib edib.

    "Report" xəbər verir ki, o, "CNN Türk"ə müsahibəsində Britaniyanın keçmiş baş naziri Toni Bleyerlə görüşməsi və yeni siyasi təşkilat yaratması haqda xəbərlərin həqiqəti əks etdirmədiyini bildirib.

    "Məni tanıyanlar bilir ki, mən yerli insanam. Öz dəyərlərimizə inanan adamam. Amma yerli dəyərlərə inanan bir insan olaraq demokratiya və hüququ, bütün Qərb dünyasını çox yaxşı bilirəm. Əgər siyasətlə məşğul olsam, Qərbi Avropadan yox, öz xalqımdan dəstək alaram" - deyə Abdullah Gül bildirib.

    Yeni partiya yaratması haqda xəbərləri təkzib edən Abdullah Gül bildirib ki, dövlət başçısı səlahiyyətləri başa çatdıqdan sonra siyasətdən getdiyini bir neçə dəfə bildirib. Lakin məlum siyasi dairələr bu məsələni məqsədli şəkildə gündəmə gətirirlər.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi