Yuxarı
    Bağlamaq

    Türkiyənin İsveçrədəki Baş Konsulluğu hücuma məruz qalıb

    Maskalı şəxslər polisin müdaxiləsindən sonra ərazidən uzaqlaşıblar

    Bakı. 1 may. REPORT.AZ/ Türkiyənin İsveçrədəki Baş Konsulluğu naməlum şəxslərin hücumuna məruz qalıb.

    "Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, diplomatik korpusun Sürixdəki binasının önünə toplaşan bir qrup maskalı şəxs binaya boya maddələri atıblar.

    Bununla yanaşı, naməlum şəxslər baş konsulluğun yaxınlığındakı avtobus dayanacağı və qarşıdakı binaya qırmızı boyalarla "Ərdoğanı öldürün" şüalarını yazıblar. Türkiyənin İsveçrədəki baş konsulu Asiyə Nurcan İpəkçi agentliyə açıqlamasında hadisənin axşam saatlarında baş verdiyini bildirib. O, qeyd edib ki, hücumda 60 maskalı şəxs iştirak edib.

    Baş konsul hüquq-mühafizə orqanları əməkdaşlarının müdaxiləsindən sonra vəziyyətin normallaşdığını bildirib. Maskalı şəxslər İsveçrə polisinin müdaxiləsindən sonra ərazidən uzaqlaşıblar.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi