Yuxarı

Türkiyənin ədliyyə naziri ABŞ-ın baş prokuroru ilə Gülənin həbsi və ekstradisiyasını müzakirə edəcək

O, oktyabrın 25-də ABŞ-a gedəcək

Bakı. 11 oktyabr. REPORT.AZ/ Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ oktyabrın 26-27-də ABŞ-a səfəri zamanı bu ölkənin baş prokuroru Loretto Linçlə Fətullah Gülənin həbsi və ekstradisiyasını müzakirə edəcək.

"Report"un Türkiyə mətbuatına istinadən məlumatına görə, bu barədə nazir özü jurnalistlərə xəbər verib.

"Oktyabrın 25-də ABŞ-a gedəcəm. ABŞ-ın baş prokuroru ilə görüşüm oktyabrın 26-27-ə planlaşdırılır. Səfərin əsas məqsədi FETÖ rəhbəri ilə bağlı ABŞ-a təqdim etdiyimiz hüquqi sənədləri və çevriliş cəhdiylə əlaqədar onun müvəqqəti həbsi haqqında sorğumuzu müzakirə etməkdir" – deyə Bozdağ jurnalistlərə bildirib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi