Yuxarı

Türkiyənin Diyarbakır vilayətində ictimai nəqliyyat işləməyəcək

Buna səbəb terrorçu PKK təşkilatının avtobuslara silahlı hücumlar təşkil etməsidir

Bakı. 8 sentyabr. REPORT.AZ/ Türkiyənin cənub-şərqində yerləşən Diyarbakır vilayətində sentyabrın 9-dan etibarən şəhərlərarası ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.

"Report" "Hurriyet" qəzetinə istinadən xəbər verir ki, buna səbəb kimi terrorçu PKK təşkilatına mənsub yaraqlıların son günlərdə avtobuslara silahlı hücumlar təşkil etməsi göstərilir.

Avtobus səfərlərinin bərpa ediləcəyi tarix isə açıqlanmır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi