Yuxarı

Türkiyənin cənub-şərqində növbəti terror aktı: 2 ölü, 3 yaralı

Yaralılar helikopterlə xəstənanalara daşınıb.

Bakı. 18 oktyabr. REPORT.AZ/ Terrorçu PKK təşkilatının üzvləri Türkiyənin Tunceli vilayətində növbəti terror aktı törədiblər.

"Report"un "Hurriyet" qəzetinə istinadən verdiyi xəbərə görə, terrorçular yol kənarına yerləşdirdikləri minanı hərbi texnika keçdiyi zaman partladıblar. Nəticədə iki hərbçi ölüb, daha üçü isə yaralanıb. Yaralılar helikopterlə xəstənanalara daşınıb.

Bölgədə antiterror əməliyyatı davam etdirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi