Türkiyəli müstəntiqlər Səudiyyə Ərəbistanının baş konsulunun iqamətgahında axtarış aparıblar

Türkiyəli müstəntiqlər Səudiyyə Ərəbistanının baş konsulunun iqamətgahında axtarış aparıblar Bakı. 18 oktyabr. REPORT.AZ/ Türkiyəli müstəntiqlər itkin düşmüş jurnalist Camal Qaşıqçının işin araşdırılması çərçivəsində Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunun iqamətgahında axtarış prosedurunu başa çatdırıb.
Digər ölkələr
18 Oktyabr , 2018 04:49
Türkiyəli müstəntiqlər Səudiyyə Ərəbistanının baş konsulunun iqamətgahında axtarış aparıblar

Bakı. 18 oktyabr. REPORT.AZ/ Türkiyəli müstəntiqlər itkin düşmüş jurnalist Camal Qaşıqçının işin araşdırılması çərçivəsində Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunun iqamətgahında axtarış prosedurunu başa çatdırıb.

"Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Məlumatda bildirilir ki, axtarış prosesi doqquz saatdan çox davam edib. Axtarışlar çərşənbə axşamı, oktyabrın 16-da aparılmalı idi. Lakin Səudiyyə Ərəbistanı ilə rəsmi razılığın olmamasına görə Türkiyə kriminalistləri binaya buraxmayıblar.

Xatırladaq ki, jurnalist Camal Qaşıqçı oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı binasına daxil olub və bundan sonra itkin düşüb. Sonradan CNN telekanalı bildirib ki, jurnalist öldürülüb. Bundan sonra isə onun cəsədi baş konsulluğun binasında hissələrə ayrılıb. 

Son xəbərlər

Orphus sistemi