Bakı. 4 sentyabr. REPORT.AZ/ Türkiyədəki çimərlikdə cəsədi tapılan üç yaşlı suriyalı mühacir Aylan Kurdinin ölümünə etiraz edən bir grup türkiyəli gənc Trabzon vilayətində aksiya keçirib.
"Report" "Hürriyet" qəzetinə istinadən xəbər verir ki, hakim Ədalət və İnkişaf Partiyasına üzv olan gənclər Qaradəniz sahilindəki çimərliklərin birində yerə yataraq 10 dəqiqə boyunca hərəkətsiz qalıblar.
Aksiya iştirakçıları bildiriblər ki, Suriyada hakimiyyətin dəyişməsinə imkan verməyən qüvvələr Aylan Kurdi və onun kimi minlərlə insanın ölümünə səbəb olurlar.


