Yuxarı

Türkiyədən deportasiya olunacaq əcnəbilər İstanbulda "üsyan" ediblər

Bəzi əcnəbilər isə pəncərədən süar səsləndiriblər

Bakı. 5 dekabr. REPORT.AZ/ Türkiyədən deportasiya olunacaq əcnəbi vətəndaşlar üçün İstanbulun Kumkapi rayonunda tikilən müvəqqəti saxlama mərkəzində ötən gecə "üsyan" olub.

"Report"un "NTV" telekanalına istinadən verdiyi xəbərə görə, deportasiya sırasını gözləyən xarici vətəndaşlar yorğan və döşəklərini yandıraraq saxlanma şəraitlərinə etirazlarını bildiriblər. Bəzi əcnəbilər isə pəncərədən süar səsləndiriblər.

Polis xarici vətəndaşların qaçmaması üçün saxlama mərkəzinin ətrafında nəzarət məntəqələri qurub.      

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi