Türkiyədə yol qəzası olub, xəsarət alanlar var

Türkiyədə yol qəzası olub, xəsarət alanlar var Bakı. 24 dekabr. REPORT.AZ/ Türkiyədə onlarla insanın xəsarət alması ilə nəticələnən yol qəzası olub.
Digər ölkələr
24 Dekabr , 2017 12:49
Türkiyədə yol qəzası olub, xəsarət alanlar var

Bakı. 24 dekabr. REPORT.AZ/ Türkiyədə onlarla insanın xəsarət alması ilə nəticələnən yol qəzası olub.

"Report" xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Məlumata görə, Antalyadan Tokat istiqamətində hərəkət edən 34-FA-4603 dövlət seriya nişanlı sərnişin avtobusu aşıb. Nəticədə 31 nəfər xəsarət alıb.

Yaralılar Konyadakı xəstəxanalara yerləşdirilib. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir. Hadisəyə yolun buzlu olması səbəb olub. 

Son xəbərlər

Orphus sistemi