Türkiyədə təlim təyyarəsi qəzaya uğrayıb

Türkiyədə təlim təyyarəsi qəzaya uğrayıb Türkiyənin paytaxtı Ankaranın Beypazar rayonuna aid Kırbaşı Məhəlləsində “Hürkuş” təlim təyyarəsi qəzaya uğrayıb.
Digər ölkələr
22 İyun , 2020 15:05
Türkiyədə təlim təyyarəsi qəzaya uğrayıb

Türkiyənin paytaxtı Ankaranın Beypazar rayonuna aid Kırbaşı Məhəlləsində “Hürkuş” təlim təyyarəsi qəzaya uğrayıb.

“Report” Türkiyənin NTV telekanalına istinadən xəbər verir ki, məlumatı ölkənin Aviasiya və Kosmik Sənayesi yayıb.

Bildirilib ki, təyyarədəki iki pilot paraşütlə tullanaraq sağ qalıblar.

“Həmin pilotlarımızın səhhəti yaxşıdır. Onlar müayinə üçün xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı araşdırma aparılır. Hadisənin səbəbi araşdırmalardan sonra açıqlanacaq”, - məlumatda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi