Yuxarı

​Türkiyədə baş vermiş terror aktı nəticəsində yaralananların sayı 12 nəfərə çatıb - YENİLƏNİB

Xəsarət alanların hamısı xəstəxanalara yerləşdirilib

Bakı. 23 iyun. REPORT.AZ/ Türkiyənin Mardin vilayətində polis məntəqəsinin binası önündə bomba qoyulmuş avtomobilin partladılması nəticəsində yaralananların sayı 12 nəfərə çatıb.

"Report" bu ölkənin mətbuatına istinadən xəbər verir ki, yaralananların hamısı xəstəxanalara çatdırılıb. Qeyd edək ki, hadisə zamanı bir sürücü dünyasını dəyişib.

***22:38

Türkiyənin Mardin vilayətində terror hadisəsi baş verib. "Report" bu ölkənin mətbuatına istinadən xəbər verir ki, PKK terrorçuları jandarm məntəqəsinin binası önündə içinə bomba yerləşdirilmiş avtomobili qoyaraq qaçıblar.

Terrorçuların uzaqdan idarə olunan bombanı partlatmaları nəticəsində partlayış ərazisindən keçən yük avtomobilinin sürücüsü ağır yaralanıb. Daha 2 əsgər isə yüngül xəsarət alıb.

Yük avtomobilinin sürücüsü Ömərli Dövlət Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Terror aktını törətmiş PKK silahlılarının zərərsizləşdirilməsi məqsədilə hazırda xüsusi əməliyyat keçirilir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi