Türkiyədə son həftə ərzində 38 terrorçu məhv edilib

Türkiyədə son həftə ərzində 38 terrorçu məhv edilib Öldürülənlər arasında PKK-nın rəhbər şəxsləri də var
Digər ölkələr
2 May , 2017 06:26
Türkiyədə son həftə ərzində 38 terrorçu məhv edilib
Foto: "Anadolu"

Bakı. 2 may. REPORT.AZ/ Son bir həftə ərzində Türkiyədə keçirilmiş antiterror əməliyyatları nəticəsində 38 terrorçu məhv edilib.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, onlar arasında PKK terror qruplaşmasının rəhbər şəxsləri də var. Terrorçulardan 11-i silahı yerə qoyaraq hakimiyyət orqanlarına təslim olub, daha 16 nəfər isə hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb.

Terrorçuluqda şübhəli bilinənlər əleyhinə bütün ölkə ərazisində 579 əməliyyat keçirilib. Əməliyyatlar zamanı İŞİD-lə əlaqədə şübhəli bilinən 43 nəfər saxlanılıb. Habelə FETÖ ilə əlaqədə şübhəli bilinən 3231 nəfər saxlanılıb. 

Son xəbərlər

Orphus sistemi