Türkiyədə keçirilmiş əməliyyat zamanı 15 PKK üzvü saxlanılıb

Türkiyədə keçirilmiş əməliyyat zamanı 15 PKK üzvü saxlanılıb Həmin şəxslər 2015-ci ilin 9 avqustunda polisə hücum əməliyyatında iştirak edib
Digər ölkələr
779
26 Dekabr , 2016 23:25
Türkiyədə keçirilmiş əməliyyat zamanı 15 PKK üzvü saxlanılıb

Bakı. 26 dekabr. REPORT.AZ/ Türkiyənin Siirt vilayətində PKK terror qruplaşması əleyhinə əməliyyat keçirilib.

"Report"un məlumatına görə, bu barədə "Anadolu" agentliyi xəbər yayıb.

Məlumata görə, əməliyyat Eruh, Kurtalan və Pərvari rayonlarında baş tutub. Əməliyyat zamanı aralarında HDP üzvü olanlar da daxil olmaqla, 15 nəfər saxlanılıb.

PKK üzvü olan şəxslərdən 4-nün Kurtalandakı keçirilmiş əməliyyatda tutulduqları bildirilir. Həmin şəxslərin 2015-ci ilin 9 avqustunda polisə hücum əməliyyatında iştirak etdiyi qeyd olunur. 

Son xəbərlər

Orphus sistemi