Türkiyədə kürdlər arasında silahlı qarşıdurma: 2 ölü, 3 yaralı

Türkiyədə kürdlər arasında silahlı qarşıdurma: 2 ölü, 3 yaralı DBP həmsədri: "Biz kürdlər arasında daxili qarşıdurmanın baş verməsini istəmirik"
Digər ölkələr
27 Dekabr , 2014 19:23
Türkiyədə kürdlər arasında silahlı qarşıdurma: 2 ölü, 3 yaralı

Bakı. 27 dekabr. REPORT.AZ/ Türkiyənin Şırnak əyalətinin Cizrə rayonunun Nur məhəlləsində PKK terror təşkilatının gəncləşmiş quruluşu (YDG-H) ilə Hür-Dava Partiyasının (HÜDA-PAR) bir qrup üzvü arasında silahlı qarşıdurma baş verib  

"Report"un "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində Yasin Özər və Abdullah Dənizin öldüyü, Nedim Kültür, Hakim Budak və Həkim Kasırganın isə yaralandığı bildirilib. 

Türkiyə təhlükəsizlik qüvvələri bölgədə zirehli nəqliyyat vasitələri və helikopterlər vasitəsilə asayişi bərpa etməyə səy göstərsələr də, ancaq YDG-H üzvləri qazdıqları xəndəklərlə onların məhəlləyə daxil olmasını əngəlləməyə çalışıblar. Hazırda məhəllədəki gərginlik davam edir.

Demokratik Bölgələr Partiyasının (DBP) həmsədri Kamuran Yüksək isə bölgədə bu cür hadisələrin uzun müddətdir baş verdiyini bildirib: "Hadisə nəticəsində partiya üzvü həyatını itirdi. Ancaq buna silahla qarşılıq verilməməlidir. Bütün qüvvələri bu cür təxribatyönümlü hərəkətlərdən uzaq durmağa çağırırıq. Biz kürdlər arasında daxili qarşıdurmanın baş verməsini istəmirik". 

Son xəbərlər

Orphus sistemi