Yuxarı
    Bağlamaq

    Şırnakda keçirilən antiterror əməliyyatında 2 əsgər şəhid olub, daha 5-i yaralanıb

    Bununla yanaşı, terrorçuların istifadə etdikləri mağara, sığınacaq da müəyyənləşdirilib

    Bakı. 8 yanvar. REPORT.AZ/ Türkiyədə keçirilən antiterror əməliyyatında 2 türk əsgəri şəhid olub.

    "Report" xəbər verir ki, bu barədə "TGRT haber" Türkiyə Silahlı Qüvvələrinə isrtinadən məlumat yayıb.

    Məlumatda bildirilir ki, əməliyyat Şırnak vilayətində, Gabar Dağı bölgəsində həyata keçirilib. Jandarm qüvvələrinin də dəstək verdiyi əməliyyat zamanı terrorçuların qaçışının qarşısını almaq üçün əraziyə havadan da hücum edilib.

    Əməliyyat zamanı terrorçuların partladıcı vasitəni işə salmaları nəticəsində 2 türk əsgəri şəhid olub, 5 əsgər yaralanıb. Əməliyyat zamanı həmçinin 1 terrorçu zərərsizləşdirilib.

    Bununla yanaşı, terrorçuların istifadə etdikləri mağara, sığınacaq da müəyyənləşdirilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi