Türkiyədə İŞİD komandiri olmaqda şübhəli bilinən şəxs həbs edilib

Türkiyədə İŞİD komandiri olmaqda şübhəli bilinən şəxs həbs edilib İraq sakini İŞİD əleyhinə təhqiqat çərçivəsində saxlanılıb
Digər ölkələr
26 Avqust , 2017 18:25
Türkiyədə İŞİD komandiri olmaqda şübhəli bilinən şəxs həbs edilib

Bakı. 26 avqust. REPORT.AZ/ Türkiyənin Eskişəhər vilayətinin məhkəməsi İŞİD terror qruplaşmasının komandiri olmaqda şübhəli bilinən şəxsi həbs edib.

"Report"un məlumatına görə, bu barədə "Hürriyyet" xəbər verib.

Xəbərdə bildirilir ki, S.E.T ad və soyadlı, 41 yaşlı İraq sakini Eskişəhər vilayətindəki otellərdən birində keçirilən reyd zamanı, İŞİD əleyhinə təhqiqat çərçivəsində saxlanılıb. Şübhəli şəxsin tam adı açıqlanmır.

İŞİD komandiri olmaqda şübhəli bilinən şəxs bundan əvvəl İraqda öllkənin keçmiş baş naziri Nuri əl-Maliki əleyhinə sui-qəsddə ittiham edilərək həbs cəzası çəkib. Nəşrin məlumatına görə, o, radikal qruplaşma üzvlərinin köməyi ilə həbsxanadan qaçıb.

Onunla əlaqədə olmaqda şübhəli bilinən daha 4 nəfər polisdə zəruri proseduru keçdikdən sonra xüsusi deportasiya mərkəzinə göndərilib. 

Son xəbərlər

Orphus sistemi