Türkiyədə COVID-19 qurbanlarının sayı 4,9 mini ötdü

Türkiyədə COVID-19 qurbanlarının sayı 4,9 mini ötdü Türkiyədə son sutka ərzində koronavirusa 1 200-dən çox yoluxma qeydə alınıb.
Digər ölkələr
19 İyun , 2020 21:07

Türkiyədə son sutka ərzində koronavirusa 1 200-dən çox yoluxma qeydə alınıb.

“Report” xəbər verir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca özünün “Twitter”dəki səhifəsində yazıb.

Nazir bildirib ki, son gün ərzində daha 23 nəfər COVID-19-dan ölüb.

“Bu gün 1 214 yoluxma qeydə alındı, virusa ümumi yoluxma 185 245 nəfərdir. Bu gün biz 23 pasiyent itirdik, ölənlərin ümumi sayı 4 905 nəfərdir.

Bu gün 1 494 nəfər sağaldı, ümumi sağalma 157 516”, - deyə nazir özününü sosial şəbəkədəki hesabında yazıb.

Son xəbərlər

Orphus sistemi