Türkiyədə bir ailənin 6 üzvü avtomobil qəzasında ölüb

Türkiyədə bir ailənin 6 üzvü avtomobil qəzasında ölüb Türkiyənin Hatay şəhərində yük maşınının qarşı zolağa keçərək toqquşduğu avtomobildə eyni ailədən 6 nəfər ölüb, 1 nəfər yaralanıb.
Digər ölkələr
26 Mart , 2024 16:50
Türkiyədə bir ailənin 6 üzvü avtomobil qəzasında ölüb

Türkiyənin Hatay şəhərində iki avtomobilin toqquşması nəticəsində eyni ailənin 6 üzvü ölüb, 1 nəfər yaralanıb.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, Dörtyol-Payas yolunda Şükrü K.-nin idarə etdiyi yük maşını qarşı zolağa çıxaraq Mehmet Sönməzin idarə etdiyi avtomobilə çırpılıb.

Qəza nəticəsində avtomobilin sürücüsü Mehmet Sönməz, həyat yoldaşı Zeynəb Sönməz, uşaqları Eray və Ecrin Sönməz, 64 yaşlı qayınatası Zeki Kara və 62 yaşlı qayınanası Döndü Kara ölüb.

Sürücünün digər övladı Melek Su Sönməz (8) isə yaralanıb. Yaralı uşaq təcili yardımla Dörtyol Dövlət Xəstəxanasına yerləşdirilib.

Hadisə ilə bağlı araşdırma aparılıb.

Son xəbərlər

Orphus sistemi