Yuxarı
    Bağlamaq

    ​Türkiyədə başına 4 milyon türk lirəsi qoyulmuş terrorçu məhv edilib

    Ekrem Güney təhlükəsizlik qüvvələrinin həyata keçirdiyi əməliyyatda zərərsizləşdirilib

    Bakı. 5 May. REPORT.AZ/ Türkiyənin Diyarbəkir əyalətində PKK terror təşkilatına qarşı keçirilmiş xüsusi əməliyyatda məhv edilmiş terrorçular arasında başına 4 milyon türk lirəsi qoyulmuş Ekrem Güneyin də olduğu üzə çıxıb. "Report" "Hürriyyet.com"a istinadən xəbər verir ki, terror təşkilatına bir neçə il bundan əvvəl qatılmış, "Azad Siser" adı ilə bir sıra terror əməliyyatlarında iştirak etmiş Ekrem Güney təhlükəsizlik qüvvələrinin həyata keçirdiyi əməliyyatda zərərsizləşdirilib.

    10-12 nəfərlik terrorçu qrupuna qarşı həyata keçirilmiş xüsusi əməliyyatda Ekrem Güneylə yanaşı, "Çekdar" ləqəbli Əhməd Talva da öldürülüb. Məhv edilmiş terrorçular arasında habelə PKK-nın qadın fəallarından olan Gülnaz Türk də olub.

    Qeyd edək ki, əməliyyata hərbi hava qüvvələri də dəstək verib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi