Türkiyədə baş vermiş terror hücumunda ölən əsgərlərin sayı artıb

Türkiyədə baş vermiş terror hücumunda ölən əsgərlərin sayı artıb Yaralanan hərbçilərdən biri müalicə olunduğu Hakkari Dövlət Xəstəxanasında dünyasını dəyişib
Digər ölkələr
24 Mart , 2017 02:19
Türkiyədə baş vermiş terror hücumunda ölən əsgərlərin sayı artıb
Foto: "habertürk"

Bakı. 24 mart. REPORT.AZ/ Türkiyənin Hakkari vilayətində baş vermiş terror aktında şəhid olan əsgərlərin sayı 2-ə çatıb.

"Report"un məlumatına görə, bu barədə "Habertürk" xəbər verib.

Xəbərdə bildirilir ki, Hakkarinin Çukurca rayonunda baş vermiş terror hücumunda yaralanmış hərbçilərdən biri müalicə olunduğu Hakkari Dövlət Xəstəxanasında dünyasını dəyişib.

Qeyd edək ki, ilkin məlumata görə, hücum zamanı 1 əsgər şəhid olmuş, 4 nəfər yaralanmışdı. Digər yaralıların vəziyyəti barədə məlumat verilmir. 

Son xəbərlər

Orphus sistemi