Yuxarı

Türkiyədə baş vermiş partlayış nəticəsində 4 nəfər ölüb, 19 nəfər xəsarət alıb

Xəsarət alanlardan beşi polis əməkdaşıdır

Bakı. 30 may. REPORT.AZ/ Türkiyədə terror aktı törədilib. “Report” “Anadolu” xəbər agentliyinə istinadən məlumat verir ki, Şırnak vilayətinin Silopi bölgəsində baş vermiş partlayış zamanı 4 nəfər ölüb, 19 nəfər xəsarət alıb.

Məlumata görə, partlayış axşam saatlarında polisə məxsus zirehli avtomobilin ərazidən keçdiyi zaman baş verib. Yaralılar Silopi Dövlət Xəstəxanasına aparılıb.

Xəsarət alanlardan beşi polis əməkdaşıdır. Yaralılardan bir neçəsinin vəziyyətinin ağır olduğu bildirilir.

Partlayışın baş verdiyi bölgəyə çoxlu sayda polis əməkdaşı cəlb edilib və terrorçuların yaxalanması üçün xüsusi əməliyyata başlanılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi