Türkiyədə ağır yol qəzası baş verib: 15 ölü, 30 yaralı - FOTO

Türkiyədə ağır yol qəzası baş verib: 15 ölü, 30 yaralı - FOTO Hadisə nəticəsində 15 nəfər ölüb, 30 nəfər yaralanıb
Digər ölkələr
30 Mart , 2018 03:15
Türkiyədə ağır yol qəzası baş verib: 15 ölü, 30 yaralı - FOTO
Foto: "Anadolu"

Bakı. 30 mart. REPORT.AZ/ Türkiyədə ağır yol qəzası baş verib.

"Report" xəbər verir ki, bu barədə "Haber7.com" məlumat yayıb.

Məlumata görə, miqrantları daşıyan 65-EP-701 nömrəli mikroavtobus İğdırda işıq dirəyinə çırpılaraq yanıb. Nəticədə 15 nəfər ölüb, daha 30 nəfər yaralanıb. 

"Anadolu" agentliyi isə qanunsuz miqrantların Pakistan və Əfqanıstan vətəndaşları olduğunu xəbər verib. Məlumata görə, onlar İrandan qanunsuz yolla Türkiyəyə keçib. 

Yaralılar İğdır Dövlət Xəstəxanasına çatdırılıb. 

Son xəbərlər

Orphus sistemi