Türkiyədə 16 terrorçu zərərsizləşdirilib

Türkiyədə 16 terrorçu zərərsizləşdirilib Оnlar arasında terrorçuların tanınmış rəhbəri də var
Digər ölkələr
20 Noyabr , 2017 04:24
Türkiyədə 16 terrorçu zərərsizləşdirilib

Bakı. 20 noyabr. REPORT.AZ/ Türkiyənin cənub-şərqindəki Diyarbəkir vilayətinin Kulp rayonunda son 3 gündə keçirilən antiterror əməliyyatları çərçivəsində PKK-nın 16 terrorçusu zərərsizləşdirilib.

"Report" xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, onlar arasında terrorçuların tanınmış rəhbəri də var.

PKK terror təşkilatı Türkiyənin dövlət strukturlarına və vətəndaşlarına silahlı hücumlar təşkil edir. Təhlükəsizlik qüvvələrinin keçirdiyi əməlliyyatlar çərçivəsində PKK-nın 10 mindən çox terrorçusu məhv edilib və ya həbs olunub. 

Son xəbərlər

Orphus sistemi