Türkiyəyə qarşı hücumlar və terror aktları planlaşdıran terror təşkilatlarının üzvləri Yunanıstan ərazisindədirlər.
“Report” "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fahrettin Altun özünün tvitterdəki səhifəsində bildirib.
Onun sözlərinə görə, PKK Yunanıstan tərəfindən dəstəklənən terror qruplaşmaları siyahısındadır.
Fahrettin Altun qeyd edib ki, Yunanıstan miqrantları taleyin ümidinə buraxaraq Egey dənizində tərk edərkən, terror təşkilatları bu ölkədəki qaçqın düşərgələrində yerləşdirilir.
Altun bildirib ki, terrorçular Avropa Birliyinin ərazisindəki qaçqın düşərgəri adlanan ərazidən Türkiyəyə qarşı hücumlar (kamikadzelərin terror aktları da daxil olmaqla-red) planlaşdırırlar, NATO-nun müttəfiqi əsl qaçqınları Egey dənizində ölümə atır.
İdarə sədri həmçinin Türkiyənin PKK, İŞİD və FETÖ terror təşkilatları ilə mübarizəsindən həbs edən videoçarx da paylaşıb. Videoçarxda vurğulanır ki, Türkiyənin terrorçuluğun kökünün kəsilməsi üçün əzmli mübarizəsinə baxmayaraq, bəzi ölkələr bu terror qruplaşmalarına dəstək verib.
Videoçarxda bildirilir ki, terror təşkilatı PKK rəhbəri Abdullah Öcalan 1999-cu ildə Cənubi Kiprin yunan administrasiyası tərəfindən qeydiyyata alınmış pasportla Afinaya yola düşüb.
Videoçarxda Öcalanın Lavrio düşərgəsində (Yunanıstan) hələ də fəaliyyət göstərən PKK silahlılarının döyüş təlimi ilə bağlı etirafına da toxunulub.