Türkiyə XİN rəhbəri ilə Pompeo arasında telefon danışığı olub

Türkiyə XİN rəhbəri ilə Pompeo arasında telefon danışığı olub Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu və ABŞ Dövlət katibi Mayk Pompeo arasında telefon danışığı olub.
Digər ölkələr
689
18 Dekabr , 2020 04:05
Türkiyə XİN rəhbəri ilə Pompeo arasında telefon danışığı olub
Mövlud Çavuşoğlu və Mayk Pompeo
0 : 00
0 : 00

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu və ABŞ Dövlət katibi Mayk Pompeo arasında telefon danışığı olub.

“Report” xəbər verir ki, bu barədə Dövlət Departamenti məlumat yayıb.

“Pompeo bildirib ki, Rusiyadan S-400 zenit-raket komplekslərinin (ZRK) alınması ABŞ-ın hərbi qulluqçularının və hərbi texnologiyasının mühafizəsini təhlükə altına qoyur və eyni zamanda Rusiyanın Türkiyə ordusuna və müdafiə sənayesinə girişinə imkan verir”-deyə, məlumatda qeyd olunub.

Pompeonun özü də tvitter hesabında Çavuşoğlu ilə danışdığını təsdiqləyib.

Xatırladaq ki, ABŞ Maliyyə Nazirliyi Türkiyənin dörd rəsmi şəxsinə, o cümlədən Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmirə qarşı sanksiya tətbiq edib.

Son xəbərlər

Orphus sistemi