Yuxarı

​Türkiyə XİN sözçüsü: "Mosuldan geri çəkilməmişik"

Tanju Bilgic: Ancaq hələlik ora əsgər göndərməyəcəyik

Bakı. 8 dekabr. REPORT.AZ/ "Türkiyə İraqın Mosul əyalətinin Başika hərbi düşərgəsindən geri çəkilməyib, ancaq ora əsgər göndərməyi dayandırıb".

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkə Xairici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgic deyib.

XİN təmsilçisi bildirib ki, Türkiyə Mosula yeni daxil olmayıb: "Oradan geri çəkilməmişik. Ancaq əlavə əsgər göndərməyəcəyik".

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri 2 il yarımdır terrorçulara qarşı mübarizə aparmaq üçün İraqın şimalındakı Kürd Muxtar Bölgəsinin silahlılarına təlim keçir.

İraq hökuməti isə Türkiyədən 48 saat ərzində həmin ərazidən çıxmağı tələb edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi