Türkiyə XİN ABŞ-ın sanksiyalar layihəsini pisləyib

Türkiyə XİN ABŞ-ın sanksiyalar layihəsini pisləyib Türkiyənin Xаrici İşlər Nаzirliyi Amerika Birləşmiş Ştatlarının Nümayəndələr Palatası tərəfindən rəsmi Ankaraya qarşı sanksiyalar haqqında qanun layihəsinin qəbulunu pisləyib.
Digər ölkələr
30 Oktyabr , 2019 04:05
Türkiyə XİN ABŞ-ın sanksiyalar layihəsini pisləyib

Türkiyənin Xаrici İşlər Nаzirliyi Amerika Birləşmiş Ştatlarının Nümayəndələr Palatası tərəfindən rəsmi Ankaraya qarşı sanksiyalar haqqında qanun layihəsinin qəbulunu pisləyib.

"Report" xəbər verir ki, bununla bağlı bəyanat Türkiyənin xarici siyasət idarəsinin saytında yayılıb.

"Barış pınarı" əməliyyatı ilə əlaqədar ABŞ-ın Nümayəndələr Palatasının Türkiyəyə qarşı sanksiyaları nəzərdə tutan qanun layihəsinin qəbulunu qətiyyətlə pisləyirik", - deyə Xаrici İşlər Nazirliyində bildirilib.

Qeyd edilir ki, qanun layihəsi NATO ittifaqının ruhuna uyğun deyil və oktyabrın 17-də ABŞ administrasiyası ilə Suriya üzrə nail olunmuş razılaşmaya ziddir.

ABŞ Konqresinin Nümayəndələr Palatası Suriyanın şimal-şərqində antiterror əməliyyatına görə rəsmi Ankaraya və onun maliyyə sektoruna qarşı sanksiyaların tətbiqini bəyənib.

Son xəbərlər

Orphus sistemi