Bakı. 5 dekabr. REPORT.AZ/ Türkiyə vətəndaşlarının Rusiyaya viza alması 60 avrodan ucuz başa gəlməyəcək. Bu barədə Rusiya turoperatorları assosiasiyasının vitse-prezidenti Dmitri Qorin məlumat verib.
Kommersiya viza mərkəzlərinə müraciət edənlər bundan 30-35 avro artıq ödəməli olacaqlar. Türkiyə tərəfi isə viza məsələsi ilə bağlı hələlik cavab tədbirləri görməyi planlaşdırmır.
Xatırladaq ki, Rusiya 2016-cı il yanvarın 1-dən Türkiyə ilə vizasız rejimi birtərəfli qaydada dayandırmağı qərara alıb.