Türkiyə və Yunanıstan arasında ticarət həcmi 2 dəfə artırılacaq

Türkiyə və Yunanıstan arasında ticarət həcmi 2 dəfə artırılacaq Türkiyə və Yunanıstan arasında ticarət həcmi 10 milyard dollara çatdırılacaq.
Digər ölkələr
7 Dekabr , 2023 16:17
Türkiyə və Yunanıstan arasında ticarət həcmi 2 dəfə artırılacaq

Türkiyə və Yunanıstan arasında ticarət həcmi 10 milyard dollara çatdırılacaq.

"Report" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstanın Baş naziri Kyriakos Mitsotakislə birgə keçirilən mətbuat konfransında danışıb.

O qeyd edib ki, iki ölkə arasında hazırda 5 milyard dollar civarında olan ticarət həcmini 10 milyard dollara çatdırmaq barədə razılığa gəliblər:

"Hazırda 5 milyard dollar civarında olan ticarət həcmini 10 milyard dollara çatdırmaq barədə razılığa gəldik. Həmçinin İpsala-Kipi sərhəd qapısında ikinci körpünün tikintisi kimi nəqliyyat layihələrinin əhəmiyyətini qeyd etdik. Biz həm turizm, həm də mədəniyyət sahəsində də əlaqələrimizi inkişaf etdirməyi düşünürük".

Son xəbərlər

Orphus sistemi