Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalınla Rusiya Prezidentinin xarici siyasət üzrə müşaviri Yuri Uşakov arasında telefon danışığı olub.
“Report” “Demirören” xəbər agentliyinə istinadən xəbər verir ki, tərəflər Rusiya ilə Ukrayna gərginliyindəki son durumu müzakirə ediblər.
Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalınla ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Cek Sallivan arasında telefon danışığı olub.
“Report” “Demirören” xəbər agentliyinə istinadən xəbər verir ki, bu barədə prezidentin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, tərəflər regional məsələləri, o cümlədən Rusiya ilə Ukrayna arasındakı müharibəni müzakirə ediblər. Türkiyənin Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyi vurğulanıb.
Moskva ilə Kiyev arasında atəşkəsin əldə olunması istiqamətində birgə addımların atılmasına dair razılıq əldə olunub.