Yuxarı

Türkiyə təyyarələri Şimali İraqda 44 hədəfi bombalayıb

Təyin olunan hədəflərin darmadağın edildiyi bildirilir

Bakı. 15 noyabr. REPORT.AZ/ Bu gün Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Şimali İraqda 44 hədəfə zərbə endirib.

"Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, terrorçu PKK təşkilatının Kandil dağı və ətrafındaki bölgələrdə qış fəsli üçün hazırlanan sığınacaqlar və silah anbarları bombalanıb.

Təxminən bir saat davam edən əməliyyatda təyin olunan hədəflərin darmadağın edildiyi bildirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi